SU ELEKTRİK STANSİYALARI KASKADI

çayın axın boyunca bir-birindən müəyyən məsafədə yerləşmiş və öz aralarında su təsərrüfatı rejiminin ümumi olması ilə əlaqələnmiş SES-lər qrupu. S.e.s.k. çayın enerji ehtiyatlarından səmərəli istifadə etməyə axının tənzimlənmə dərəcəsini yüksəltməyə imkan verir. Bu da SES-lərin ümumi gücünü və hasilatını artırır, ayrı-ayrı SES-lərin gücünün manevr edilməsi şəraitini yaxşılaşdırır.
SU EHTİYATLARI
SU ELEKTRİK STANSİYASI, SES
OBASTAN VİKİ
Azərbaycanda elektrik stansiyaları
Azərbaycanda elektrik stansiyaların siyahısı. Azərbaycanın işğal altında olan Tərtər rayonu ərazisində Tərtər çayının üzərində tikilmiş Sərsəng su-elektrik stansiyası 1977-ci ildə istismara verilib. Sərsəng su qovşağının qurğularına torpaq bənd, tikinti tuneli, qəza suburaxıcısı, suqəbuledici, derivasiya (qolayrıcı) tuneli, SES-in binası və suvarma siyirtmələrinin binası daxildir. Stansiyada iki ədəd RO115/697-V120 tipli radial-oxlu (Frensis sistemli) su turbini qoyulub. Onların hər birinin gücü 25 MVt və fırlanma sürəti 375 dövr/dəq-dir. Bu turbinlərin hesabat basqısı 87,5 m, su sərfi isə 33,25 m3/ san-dir.
Su Elektrik Stansiyası
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Su-elektrik stansiyası
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Bərgüşad kaskadı
Bərgüşad kaskadı (erm. Որոտանի կասկադ) — Ermənistanın Sünik mərzi ərazisindən axan Bərguşad çayı üzərində inşa edilmiş üç hidroelektrik stansiyanı özündə birləşdirən kaskad. Kaskad elektrik enerjisi təminatı və bölgəni suvarma suyu ilə təmin etmək üçün inşa edilmişdir. Güçü 404.2 MVt olan kaskad beş su anbarını özündə birləşdirir. Ermənistanda əsas elektrik enerjisi verən komplekslərindən biridir. == Tarixi == Kaskadın planlaşdırma prosesi 1951-ci ildə Dövlət Planlaşdırma Komissiyasının toplantısından sonra başlamışdır. Elektrik stansiyalarının tikintisində digər hədəflərdən biri də enerjinin idxalı olmuşdur. Kaskadın istifadəsi neft məhsullarının idxalını ölkəyə yarıya endirəcəkdi. Kompleksin planlaşdırma işlərinə 1954-cü ildə başlanmış və 1961-ci ildən 1989-cu ilə kimi inşa edilmişdir. Tatev hidroelektrik stansiyası 1970-ci ilin dekabrında, Şamb SES-ı 1978-ci ildə və Spandaryan SES-ı isə 1989-cu ildə tamamlanmışdır.
Dəmiryol stansiyaları
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Arpaçay Su Elektrik Stansiyası
Arpaçay su-elektrik stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay su-elektrik stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "2008–2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su-elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Biləv su elektrik stansiyası
Biləv su-elektrik stansiyası — 2010-cu ildə istifadəyə verilmişdir. Ordubad rayonun Biləv kəndi yaxınlığında Gilançay üzərində tikilmişdir. Naxçıvan Muxtar Respublikasının 17% enerji təlabatını ödəyir.
Mingəçevir Su Elektrik Stansiyası
Mingəçevir SES (tam adı: Mingəçevir su-elektrik stansiyası) — Cənubi Qafqazda ən böyük su-elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su-elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su-elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su-elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su-elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
Mingəçevir su-elektrik stansiyası
Mingəçevir SES (tam adı: Mingəçevir su-elektrik stansiyası) — Cənubi Qafqazda ən böyük su-elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su-elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su-elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su-elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su-elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
İnquri Su Elektrik Stansiyası
İnquri su-elektrik stansiyası — Qafqazın ən böyük su-elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür. Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir. XX əsrin 60-cı illərinin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi və dövlət başçısı Nikita Xruşşov əvvəlcə Bzib çayında əsas bənd və su-elektrik stansiyası tikmək təklifini verdi. Çünkü, ora onun ən sevimli kurortu Pitsunda çayının mənsəbinə yaxınlıqda yerləşirdi. Lakin bununla belə mütəxəssislər, Bzib çayı üzərində qurulan bir bəndin Pitsunda çimərliyinə ziyan vuracağına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağını təxmin etdilər. Bu səbəbdən onlar Bzib əvəzinə bəndin dəniz sahilindən xeyli uzaqda dağlardan axan İnguri çayı üzərində inşa edilməsi təklifini verdilər. 1960-cı illərin əvvəllərində "Hidroproyekt" İnquri SES-in tikintisini layihələndirdi. İnquri bəndinin inşasına 1961-ci ildə başlanıldı.
Güləbird Su Elektrik Stansiyası
Güləbird su-elektrik stansiyası — Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə SES. Prezident İlham Əliyev 14 fevral 2021-ci ildə işə salıb. Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır. Laçın rayonu işğaldan azad olunandan ay yarım sonra artıq burada su-elektrik stansiyası istismara verilib.
Elektrik
Elektrik (yunanca ἤλεκτρον ēlektron "kəhraba" deməkdir) — fiziki əsasında yüklənmiş mikroskopik hissəciklərin (elektron, ion, molekula və onların kompleksi) olduğu cismin və prosesin xassələri və dəyişilməsini izah edən anlayışdır. O sakit və hərkətdə olan elektrik yükünü, həmçinin elektrik və maqnit sahəsi ilə əlaqədar fenomenləri əhatə edir. Elektrik ilə elektrik enerjisi əldə edilir. Elektrik yükünün daşıyıcısı mənfi yüklənmiş elektronlar, ionlar və müsbət yüklənmiş proton və kationlardır. Eyni qütblü yüklər bir-birini itələyir, müxtəlif yüklülər isə cəlb edir. Elektrik yükləri elektrik sahəsinin, hərəkətli yüklər isə maqnit sahəsinin əsasını təşkil edir. Elektromaqnetik dalğalar elktromeqnetik sahənin həyacanlanmasıdır və yarandıqdan sonra yük daşıyıcılarından asılı olmayaraq hərkət edə bilir. Elektrik yüklərinin keçiricidə hərəkəti sərbəst elektronların nizamlanmış hərkətindən ibarətdir. Bərk cisimlər keçiricilər, yarımkeçiricilər və dielektriklərə bölünürlər. Elektrik cərəyanı hələ bizim eradan təxminən 600 il əvvəl, yunanlara məlum olmuşdur.
Göyçə-Zəngi kaskadı
Göycə-Zəngi kaskadı — Ermənistan (Qərbi Azərbaycan) ərazisindən axan Zəngiçay üzərində yerləşən kaskad SES. Kaskad 8 SES ibarətdir. Bunlardan altısı Razdan çayı üzərində, ikisi isə Artaşat irriqasiya kanalı üzərində yerləşir. Bəzi mənbələrdə Göl SES adlanır. Kaskadın ən əhəmiyyətli SES-dır. Stansiya 34,2 МVt güçə hesablansada, faktiki isə 24 МVt güçə malikdir. Tikintisinə 1940 ildə başlansada, yalnız tikinti İkinci Dünya müharibəsindən sonra başa çatdırılmışdır. Yeraltı qurğulara sahibdir. Əvvəllər Atarbekyan SES adlanırdı. Ardıcıllığına görə ikincidir. Güçü 81,6 МVt-dır.
Azərbaycan su elektrik stansiyalarının siyahısı
Azərbaycan su-elektrik stansiyalarının siyahısı — Azərbaycanda yerləşən su-elektrik stansiyalarının siyahısı.
Azərbaycan su-elektrik stansiyalarının siyahısı
Azərbaycan su-elektrik stansiyalarının siyahısı — Azərbaycanda yerləşən su-elektrik stansiyalarının siyahısı.
Azərbaycanın seysmik stansiyaları
Azərbaycanın seysmik stansiyaları — Azərbaycanda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası var. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası mövcuddur. Bu telemetrik seysmik stansiyalar vasitəsilə ölkə ərazisində müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir. Dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riskləri araşdırılır, iri tikinti obyekt sahələrinin seysmikliyi tədqiq edilir.
Şimal qütbü stansiyaları
Şimal qütbü stansiyaları Şimal Buzlu okeanının buz parçaları üzərində dreyf edən elmi stansiyalardır. Birinci stansiya 1937-ci il 21 mayda Papaninin ekspedisiyası tərəfindən təşkil olunmuşdur. O vaxtdan belə stansiyaların təşkili davam etdirilməkdədir. 1977-ci ildə “Şimal qütbü-22” stansiyası fəaliyyət göstərmişdir. Şimal qərb stansiyasının fəaliyyəti Şimal dəniz yolunun işi və havanın proqnozu üçün çox əhəmiyyətlidir.
Elektrik Gitara
Elektrogitara və ya elektrikli gitara — polad simlərin titrəyişlərini elektrik siqnallarına çevirən və onu səsgücləndiriciyə ötürməklə səslər yaradan gitara növü. Elektrogitara ilk dəfə olaraq cazda istifadə olunmuş, ondan həm də pop musiqisində, rok-n-rol, kantri, blyuz, embiyent, nyu-eyc və hətta çağdaş klassik musiqidə də geniş istifadə olunur.
Elektrik avtomobili
Elektrik avtomobili — elektrik enerjisi ilə işləyən bir və ya bir neçə mühərrikdən ibarət avtomobil. İlk praktiki elektrik avtomobili 1880-ci illərdə istehsal edilmişdir. Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsa da, daxili yanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdur. 2008-ci ildən etibarən batareyaların inkişafı, neft qiymətlərinin daha da bahalaşma qayğıları və havaya buraxılan zəhərli qazların azaldılması istəyi elektrik avtomobillərinin istehsalında yeni bir dalğa yaratmışdır. Çoxlu ölkə və yerli hökumətlər elektrik maşınlarının kütləviləşməsi üçün güzəştli kreditlər, vergi güzəştləri və s tətbiq etməyə başlamışdır. Daxili yanma mühərrikləri ilə işləyən avtomobillərlə müqayisədə elektrik avtobilləri daha az səs çıxarır. Çox ölkədə neft idxal edildiyi üçün elektrik avtomobilləri neft idxalının azaldılmasına gətirib çıxaracaq. Elektrik avtomobillərinin əsas problemlərindən biri yenidən elektrik qidalanmasının çox uzun müddət çəkməsidir. batareyaların baha olması, elektrik avtomobillərinin digər avtomobillərdən baha olmasına gətirib çıxarır, amma hal-hazırda batareya qiymətlərində eniş müşahidə olunur. Bundan başqa sürücülər növbəti mənzilə çatana qədər batareyanın tamami ilə bitməsindən qorxurlar.
Elektrik boşalması
Elektrik boşalması — Dünyada ilk dəfə rus alimləri Mixail Lomonosov (1711‐1765) və Qeorq Vilhelm Rixman (1711‐1753) və onlardan asılı olmadan amerikan alimi Frankel havada elektrik boşalmasını tədqiq etmişlər. 1743‐cü ildə M.V.Lomonosov «Allahın böyüklüyü haqqında axşam düşüncələri» əsərində ildırımın və şimal qütb parıltısının elektrik təbiətli olması ideyasını irəli sürmüşdür. Bir qədər sonra (1752‐ci ildə) Frankel və Lomonosov ildırım maşınının köməyi ilə göstərmişlər ki, ildırım və şimşək – havada güclü elektrik boşalmasıdır. Bununla yanaşı aşkar edilmişdir ki, hətta ildırım olmadıqda da havada elektrik boşalması baş verir. İldırım maşını sadə quruluşa malik olub, yaşayış evində qurulmuş Leyden bankalarından ibarət idi. Bankalardan birinin qapağı naqil vasitəsilə açıq havada yerləşdirilmiş metal darağa və ya dəmir milə birləşdirilirdi. Sankt-Peterburq tibbi‐cərrahiyyə akademiyasının akademiki Vasili Vladimiroviç Petrov (1761‐1834) M.V.Lomonosovun elmi işlərini inkişaf etdirərək, 1802‐ci ildə ilk dəfə olaraq (ingilis fiziki Devidən bir neçə il əvvəl) havada iki kömür elektrod arasında qövs boşalması hadisəsini müşahidə etmiş və göstərmişdir ki, havadan elektrik cərəyanı keçərkən elektrik boşalması baş verir. V.V.Petrov öz kəşfini belə təsvir edirdi: «Əgər şüşə masanın üzərinə 2‐3 qırıntı ağac kömürü qoyub, onları naqillər vasitəsilə güclü elektrik mənbəyinə qoşsaq və bir‐birinə yaxınlaşdırsaq, həmin kömür qırıntıları arasında parlaq (gözqamaşdırıcı) ağ işıqlanma (alov) yaranacaq və bu alovun təsirindən kömürlər yanacaq». V.V.Petrovun elmi işləri rus dilində dərc olduğuna görə, onlar xarici ölkə alimləri üçün əlçatmaz idi. Rusiyada həmin dövrdə elmi işlərə bir o qədər maraq göstərilmədiyindən həmin işlər tezliklə unudulmuşdu və məhz bu səbəbdən də, sonralar qövs boşalmasının kəşfi ingilis alimi Devinin adına yazılmışdır.
Elektrik cərəyanı
Elektrik cərəyanı – elektronların və ya ionların materialda və ya vakuumda nizamlanmış hərəkəti. Sükunət halındakı istənilən yüklü zərrəciyi hərəkətə gətirmək olar. Bu zaman Lorens və ya Kulon qüvvələrinin təsirindən istifadə olunur. Elektrik cərəyanı – yüklü hissəciklərin nizamlı hərəkətinə deyilir. Cərəyan şiddəti - ədədi qiymətcə d t {\displaystyle dt} müddətində naqilin en kəsiyindən keçən d q {\displaystyle dq} yükünün bu yükün keçmə müddətinə olan nisbətinə bərabərdir: I = d q d t {\displaystyle I={dq \over dt}} Onda xüsusi halda sabit cərəyan ( I = c o n s t {\displaystyle I=const} ) üçün alarıq: I = q t {\displaystyle I={q \over t}} Elektrik yükü vahidi – cərəyan şiddəti 1 A olan naqilin en kəsiyindən 1saniyədə keçən yük götürülür və fransız fiziki Kulonun şərəfinə 1 Kulon (1Kl) adlandırılır. Yəni, elektrik yükü vahidi törəmə vahiddir. 1 Kl = 1 A·san. Cərəyan şiddəti nəzəri olaraq I = q n v S {\displaystyle I=qnvS} düsturu ilə də hesablanır. Burada, q {\displaystyle q} - zərrəciyin yükü, n {\displaystyle n} - konsentrasiyası, v {\displaystyle v} - nizamlı hərəkət sürəti, S {\displaystyle S} isə naqilin en kəsiyinin sahəsidir. Ampermetr – cərəyan şiddətini ölçən cihazdır.
Elektrik dövrəsi
Elektrik dövrəsi — texnoloji prosesdə maşın və mexanizmləri işlətmək və idarə etmək üçün qurulan elektromexaniki sxem. Mühərrik nəzarətçisi elektrik mühərrikinin işini əvvəlcədən müəyyən edilmiş şəkildə əlaqələndirə bilən bir cihaz və ya qurğular qrupudur. Mühərrik nəzarətçisinə mühərriki işə salmaq və dayandırmaq, irəli və ya geri fırlanma seçmək, sürəti seçmək və tənzimləmək, fırlanma anı tənzimləmək və ya məhdudlaşdırmaq, həmçinin həddindən artıq yüklənmələrdən və elektrik xətalarından qorumaq üçün əl və ya avtomatik vasitə daxil ola bilər. Mühərrik tənzimləyiciləri mühərrikin sürətini və istiqamətini tənzimləmək üçün elektromexaniki keçiddən və ya güc elektron cihazlarından istifadə edə bilər. Mühərrik tənzimləyiciləri həm birbaşa cərəyan, həm də alternativ cərəyan mühərrikləri ilə istifadə olunur. Nəzarətçi mühərriki elektrik enerjisi mənbəyinə qoşmaq üçün vasitələrdən ibarətdir və həmçinin motor üçün həddindən artıq yükdən qorunma və motor və naqillər üçün həddindən artıq cərəyandan qorunma da daxil ola bilər. Mühərrik nəzarətçisi həmçinin motorun sahə dövrəsini izləyə və ya aşağı təchizatı gərginliyi, yanlış polarite və ya yanlış faza ardıcıllığı və ya yüksək mühərrik temperaturu kimi şərtləri aşkarlaya bilər. Bəzi motor tənzimləyiciləri başlanğıc başlanğıc cərəyanını məhdudlaşdırır, bu da motorun özünü sürətləndirməsinə və mexaniki yükü birbaşa birləşmədən daha yavaş birləşdirməsinə imkan verir. Mühərrik tənzimləyiciləri əl ilə ola bilər və operatordan yükü sürətləndirmək üçün addımlar arasında başlanğıc keçidinin ardıcıllığını tələb edir və ya mühərriki sürətləndirmək üçün daxili taymerlər və ya cari sensorlardan istifadə edərək tam avtomatik ola bilər. Bəzi motor kontrollerləri də elektrik mühərrikinin sürətini tənzimləməyə imkan verir.
Elektrik gərginliyi
Elektrik gərginliyi — elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı әdәdi qiymәtcә görülәn işә bәrabәr olan kәmiyyәt. Aşağıdakı düsturla hesablanır: U = A q {\displaystyle U={A \over q}} Burada q {\displaystyle q} - elektrik yükü, A {\displaystyle A} - elektrik yükünü dövrənin ixtiyari iki nöqtəsi arasında hərəkət etdirmək üçün elektrik qüvvəsinin gördüyü işdir. Potensiallı elektrik sahәsindә (elektrostatik sahәdә) bu iş yükün getdiyi yolun formasından asılı deyil. Bu halda iki nöqtә arasındakı elektrik gərginliyi (vә ya sadәcә gәrginlik) onların arasındakı potensiallar fәrqi ilә üst-üstә düşür. Әgәr sahә qeyri-potensiallı olarsa, onda gərginlik yükün nöqtәlәr arasında getdiyi yolun formasından asılı olur. Kәnar qüvvәlәr adlanan qeyri-potensiallı qüvvәlәr istәnilәn sabit cәrәyan mәnbәyinin daxilindә tәsir göstәrmәk imkanına malikdir. Cәrәyan mәnbәyinin sıxaclarındakı gәrginlik vahid müsbәt yükün mәnbәdәn kәnarda yerlәşәn yol boyunca yerdәyişmәsi zamanı elektrik cәrәyanının gördüyü işlә ölçülür; bu halda gərginlik mәnbәnin sıxaclarındakı potensiallar fәrqinә bәrabәr olub Om qanunu ilә tәyin edilir: U = ε − I r {\displaystyle U={\varepsilon }-{Ir}} burada I {\displaystyle I} – cәrәyan şiddәti, r {\displaystyle r} – naqilin daxili müqavimәti, R {\displaystyle R} – dövrәnin xarici müqavimәti, ε {\displaystyle \varepsilon } isә mәnbәnin elektrik hәrәkәt qüvvәsidir (e.h.q). Açıq dövrәdә ( I {\displaystyle I} = 0 {\displaystyle =0} ) gәrginlik mәnbәnin e.h.q.-nә bәrabәrdir. Ona görә dә dövrә açıq olduğu zaman mәnbәnin e.h.q.-ni çox vaxt onun sıxaclarındakı gərginlik kimi tәyin edirlәr. Dәyişәn cәrәyan halında gərginlik adәtәn tәsiredici (effektiv), yәni dövr әrzindәki orta kvadratik qiymәtlә tәyin olunur.
Elektrik induksiyası
Elektrik induksiyası — elektrik sahәsini xarakterizә edәn vektor kәmiyyәt; müxtәlif tәbiәtli iki vektorun cәminә bәrabәrdir: elektrik sahәsinin intensivliyi ( E {\displaystyle E} ) vә mühitin polyarlaşması ( P {\displaystyle P} ). Qauss vahidlәr sistemindә D = E + 4 π P {\displaystyle \mathbf {D} =\mathbf {E} +4\pi \mathbf {P} } BS-dә D = ε 0 E + P {\displaystyle \mathbf {D} =\varepsilon _{0}\mathbf {E} +\mathbf {P} } burada ε 0 {\displaystyle \varepsilon _{0}} – elektrik sabiti vә ya vakuumun dielektrik nüfuzluğu adlanan ölçülü konstantdır. Seqnetoelektrik xassәlәrә malik olmayan izotrop mühitdә zәif sahәlәrdә polyarlaşma vektoru sahәnin intensivliyi ilә düz mütәnasibdir. Qauss sistemindә P = χ e E {\displaystyle P=\chi _{e}E} burada χ e {\displaystyle \chi _{e}} – dielektrik qavrayıcılığı adlanan ölçüsüz sabit kәmiyyәtdir. Seqnetoelektriklәr üçün dielektrik qavrayıcılığı E {\displaystyle E} -dәn asılı olduğuna görә P {\displaystyle P} vә E {\displaystyle E} arasındakı әlaqә qeyri-xәttidir. D = ( 1 + 4 π χ e ) E = ε E {\displaystyle D=(1+4\pi \chi _{e})E=\varepsilon E} ε = 1 + 4 π χ e {\displaystyle \varepsilon =1+4\pi \chi _{e}} kәmiyyәti maddәnin dielektrik nüfuzluğu adlanır. BS-də P = χ e ε 0 E {\displaystyle P=\chi _{e}\varepsilon _{0}E} D = ε 0 ε E {\displaystyle D=\varepsilon _{0}\varepsilon E} ε = 1 + χ e {\displaystyle \varepsilon =1+\chi _{e}} Elektrik induksiya vektorunun daxil edilmәsinin mәnası ondan ibarәtdir ki, istәnilәn qapalı sәthdәn keçәn D {\displaystyle D} vektoru seli (axını) E {\displaystyle E} vektoru seli kimi verilәn sәthlә mәhdudlanan hәcm daxilindәki bütün yüklәrlә deyil, yalnız sәrbәst yüklәrlә tәyin edilir. Bu, bağlı (polyarlaşmış) yüklәri nәzәrә almamağa imkan verir vә bir çox mәsәlәlәrin hәllini sadәlәşdirir.
Elektrik intiqal
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M — mühərrik, ÖM — ötürücü mexanizm, İO — işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.